“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Seltik”ə qarşı cavab oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.
“Seltik” indi tamam başqa futbol oynayır, - Oxu.Az baş məşqçinin sözlərini sitat gətirir. - Bu komanda xüsusən də, cinah keçidləri ilə seçilir. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Rəqib hesabda üstün olsa da, qarşıda 90 dəqiqə var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.
Meydançanın ot örtüyü haqda çox danışmağa ehtiyac yoxdur. Belə hallar olur. Hər halda ən yaxşısını etməyə çalışcağıq. Ola bilər ki, sürətli, daha baxımlı oyuna mane olsun. Ancaq əlimizə düşən şanslardan maksimum istifadə etməyə çalışacağıq.
Sabahkı oyunda daha vacibi qol buraxmamaqdır. Təkcə fikrimiz qol vurmaqda olmamalıdı. Eyni zamanda sona qədər qapımızın da qeydinə qalmalıyıq.
F.H.
www.oxu.az