Сoachworldranking.com 2015-ci ilin yekunlarına görə ən yaxşı məşqçilərin reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 490-cı yerdə qərarlaşıb. Onun aktivində 1238 xal var.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 937 xalla 606-cı pillədə yer alıb.
Reytinqə 18896 xal toplayan “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir.
F.H.
www.oxu.az