“İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.
“Epizodlara baxdım. İngilis hakimə yaraşmayan “qırmızı” oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi. Qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdırlar”.
Qeyd edək ki, “Bayer 04” - “Qarabağ” qarşılaşmasının 62-ci dəqiqəsində ağdamlıların heyətində Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə qalıb.
Rəylər