Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qurban Qurbanov “Qarabağ”ın vurduğu qolun ləğv edilməsindən danışdı - VİDEO
“Məlum feyr-pley olayında o dünyaya gedib qayıtdım”.
Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Fransanın “Marsel” klubu ilə matçda “Qarabağ”ın vurduğu qolu ləğv etdirməsindən danışıb:
“O qol vurulanda futbolçumun sevinməyindən bildim ki, burada nəsə var. Daha sonra “Marsel”in futbolçuları narazılıq etdi. Mateo Qenduzi mənə yaxınlaşıb əllə vurulduğunu deyəndə bunu dəqiqləşdirmək istədim. Onda beynimdə tutdum ki, əllə vurulubsa, hakimə deyəcəyəm. Maksim Medvedev vasitəsilə İbrahima Vadjiyə 3 dəfə soruşdum ki, əllə vurmusan qolu? Üçüncü dəfə təsdiqlədi ki, bəli, əllə vurmuşam. Bunu hakimə deyəndə azarkeşlərin necə reaksiya verəcəyi maraqlı idi. Oyundan sonra təkrara baxdıqdan sonra rahat nəfəs aldım. Çünki düzgün qərar vermişdim”.
Səbuhi Musa
"Fransa" teqi üzrə xəbərlər
- Ermənistan hökumətinə fransalı məsləhətçilər TƏYİN EDİLDİLƏR
- İki qadına təcavüzdə ittiham edilən Depardye hakim qarşısına çıxarılır
- Fransa polisi dinc nümayişçilərə hücum edib: Üç nəfər yaralanıb
- Fransada Rusiyanın iki telekanalına yayım qadağası
- Fransanın keçmiş baş naziri içərisində güllə olan təhdid məktubu aldı