Qadınlardan “Rabitə” voleybol klubu 8-ci dəfə Azərbaycanın voleybol çempionatının qalibi oldu.
Oxu.Az xəbər verir ki, final seriyasının ikinci matçında “Rabitə” yenidən “Lokomotiv”ə qalib gəlib.
İkinci oyunun hesabı – 3:1 (22:25, 25:20, 25:16, 25:13). Xatırladaq ki, ilk oyunda da “Rabitə” 3:1 hesabı ilə qalib gəlmişdi.
Çempionatda 3-cü yeri iki dəfə “Azərreyl”ə qalib gəlmiş “Azəryol” tutub.
F.H.
www.oxu.az