Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev “Karate Combat” turnirində üçüncü döyüşünü keçirəcək.
Oxu.Az-ın xəbərinə görə, onun rəqibi Fransa karateçisi Deyvi Dona olacaq. Döyüş iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutacaq və ilk dəfə canlı yayımlanacaq.
Azərbaycanın digər karateçisi, ötən mövsüm (üçüncü mövsüm) bu turnirdə kəmərə sahib çıxmış Şahin Atamov isə çempionluq titulunu qorumaq üçün mübarizə aparacaq. O, yerli idmançı Ross Levinlə münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Rafaelin döyüşü gecənin səkkizinci, Şahininki isə onuncu döyüşü olacaq.
View this post on InstagramQeyd edək ki, Deyvi Dona Rafael Ağayevə yaxşı tanışdır. O, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçirilmiş Açıq turnirdə Rafaeli qaydadan kənar zərbə ilə nokauta salmış və bununla da yarışdan uzaqlaşdırılmışdı. Dona illər sonra Rafaeldən qisasını almaq üçün “Karate Combat”a müraciət edib. Təşkilatçılar bu döyüşün maraqlı olacağını nəzərə alaraq buna razılıq veriblər.
Səbuhi Musa
"Fransa" teqi üzrə xəbərlər
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
- BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır"
- Fransa Kubokunda qalmaqal: Bıçaqlı azarkeş matçın dayandırılmasına səbəb oldu
Digər xəbərlər