Qarışıq döyüş sənəti (MMA) üzrə turnirlərdə Azərbaycanı təmsil edən Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.
İddia olunur ki, görüş bu il dekabrın 10-da Las-Veqasdakı “UFC-282” turnirində baş tuta bilər.
Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.
Hazırda Castin Geyci və Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə reytinqində müvafiq olaraq üçüncü və yeddinci yerləri bölüşürlər.
Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyosu məğlub edib.
Mənbə: Fighttime.ru