"Qalatasaray" portuqaliyalı vinger Rafael Leao ilə bağlı "Milan"la razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Qalatasaray" ulduz futbolçunun transferi üçün İtaliya klubuna 38 milyon avro ödəyəcək.
Müqavilənin şərtlərinə əsasən, "Qalatasaray" Rafael Leao gələcəkdə başqa kluba satarsa, transferdən əldə ediləcək gəlirin 20 faizi "Milan"a ödəniləcək.
Qeyd edilir ki, portuqaliyalı futbolçu ilə dördillik müqavilə imzalanıb. Rafael Leao hər mövsüm üçün 10 milyon avro maaş alacaq.
Qaynar xətt:
(055) 224 12 12