“Uşaqları millinin bazası əsasında seçmişik”.
Oxu.Az xəbər verir ki, bunu ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) koordinatoru Rafael Yusifov İspaniyanın “Marset” Futbol Akademiyasının ilə əməkdaşlıqla bağlı təşkil mətbuat konfransında deyib.
O, obyektiv seçim apardıqlarını söyləyib:
“Milli üzvlərini dəvət etmişik. Seçimləri elə etdik ki, obyektivlik olsun. Seçimlərdə hamı iştirak etdi”.
R.Yusifov bütün klubların təklifə müsbət yanaşmadığını bildirib:
“3-4 klub təklifimizə razılıq verdi. “Səbail” və “Neftçi” təklifimizi qəbul etdi. Digər klublar bu layihədə iştirak etmək istəmədilər”.
Qeyd edək ki, ASTA və İspaniyanın “Marset” Futbol Akademiyasının əməkdaşlığı əsasında 15 azərbaycanlı uşaq bu klubda təlim keçəcəklər. Anlaşmanın maliyyə dəstəkçisi iş adamı, ASTA-nın sahibi Adnan Əhmədzadədir.
Faiq Tahirov