Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komanda Çin “Çjetszyan Qrintaun”u ilə qarşılaşmadan qalib ayrılıb - 4:1.
Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Buriram Yunayted” növbəti oyununu oktyabrın 4-də Yaponiyada “Kofu”ya qarşı keçirəcək.
Rəylər