“Fiorentina” və “Real” klublarının yoldaşlıq görüşündə məzəli hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “blankoslar”ın azarkeşlərindən biri künc zərbəsi endirilən vaxt, komandasının formasında meydana daxil olur və oyunun iştrakçısı kimi özünü aparmağa başlayır.
Bu zaman oyunun hakim köməkçiləri tez “Real”ın 12-ci üzvünü görürlər və oyunu dayandırırlar.
Çətinliklə də olsa qeyri-adi azarkeş oyun meydanından uzaqlaşdırılır.