Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Real Madrid"in keçmiş baş məşqçisi vəfat etdi
"Real Madrid" komandasının və Niderland yığmasının sabiq baş məşqçisi Leo Beenhakker 83 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə NOS mütəxəssisin ailəsinə istinadən məlumat yayıb.
L.Beenhakker cümə axşamı dünyasını dəyişib.
L.Beenhakker Niderlandın "Ayaks", "Feyenoord" və "Vitess", İspaniyanın "Saraqosa" və "Real Madrid" klublarını, Niderland, Səudiyyə Ərəbistanı və Trinidad və Tobaqo yığmalarını çalışdırıb.
Onun rəhbərlik etdiyi sonuncu komanda Polşa millisi olub (2006-2009-cu illər).
"Real Madrid FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar