İspaniya millisinin və "Real Madrid"in sabiq üzvü Xose Kalyexon karyerasını bitirib.
Oxu.Az xəbər verir ki, bu barədə 38 yaşlı vinger sosial şəbəkə hesabından paylaşım edib.
Qeyd edək ki, son klubu "Marbella" (İspaniya) olan Kalyexon karyerası ərzində "Espanyol", "Napoli", "Fiorentina", "Qranada"da da çıxış edib.