Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

David Alaba karyerasını bitirə bilər
"Real Madrid"in futbolçusu David Alaba karyerasını bitirə bilər.
Oxu.Az xəbər verir ki, İspaniya mətbuatında bununla bağlı xəbərlər dolaşmaqdadır.
32 yaşlı müdafiəçinin dizindəki ciddi problem üzündən hətta rahat yeriyə bilmədiyi deyilir.
Həkimlərin fikrincə avstriyalı futbolçu artıq ağır məşqlərə davam gətirmək gücündə deyil.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Alabanın bu il meydana çıxa bilməyəcəyi bildirilirdi.
"Real Madrid" klubunun hazırda zədəli olan ulduz futbolçusu David Alaba fərdi məşqlər zamanı yenindən zədələnib.
Oxu.Az xəbər verir ki, futbolçunun oktyabr ayında yaşıl meydanlara qayıtması gözlənilirdi.
Məşq zamanı yenidən zədələnən Alaba uzun müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Qeyd edək ki, "Kral klubu" qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək məcburiyyətində qalıb.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- "Real Madrid" daha bir rekorda imza atıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub