İspaniyanın "Real Madrid" klubunda sentyabrın ən yaxşı futbolçusu Fransa millisinin üzvü Kilian Mbappe seçilib.
Oxu.Az xəbər verir ki, o, "Kral" klubunda meydana çıxdığı 11 oyunda yeddi qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli hücumçu Fransanın PSJ klubundan "Real Madrid"ə 180 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Mbappe "Kral" klubunun "Alaves" üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda zədələnib. Ulduz futbolçu məhz bu səbəbdən Fransa millisindən kənarlaşdırılıb.
Rəylər