Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Real Madrid" müdafiə xəttini "Bayer Leverkuzen"in ulduzu ilə gücləndirdi
"Bayer Leverkuzen"in futbolçusu Pyero Hinkapye "Real Madrid"ə transfer olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb. Ekvadorlu mərkəz müdafiəçisinin artıq müqavilə bağlamaq üçün Madridə getdiyi bildirilib.
Bu transferin təxminən 60 milyon avroya başa gələcəyi qeyd olunub. "Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso sabiq futbolçusunu öz komandasında görmək istəyib.
Qeyd edək ki, 2021-ci ildən Leverkuzen təmsilçisində çıxış edən Pyero Hinkapye bu mövsüm "Bayer Leverkuzen"də 45 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Real Madrid FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar