“Real Madrid”in hücumçusu Vinisius Beynəlxalq Futbol Federasiyasının (FIFA) irqçiliklə mübarizə üzrə oyunçulardan ibarət komitəsinə rəhbərlik edəcək.
Bu barədə cümə axşamı FIFA prezidenti Canni İnfantino məlumat yayıb.
Qeyd edək ki, mayın 21-də Vinisius “Valensiya” ilə səfər matçında azarkeşlərin irqçi təhqirlərinin qurbanı olub. Matçın sonunda hücumçu azarkeşlərə “Valensiya”nın İspaniya çempionatının yüksək divizionundan aşağı düşmə ehtimalına işarə edən jest göstərib, bundan sonra rəqibin futbolçuları ilə davada iştirak edib və qırmızı vərəqə alıb.
Xatırldaq ki, 22 yaşlı Vinisius Junior “Real Madrid”ə 2018-ci ilin iyulunda Braziliyanın “Flamenqo” klubundan keçib. Hücumçu İspaniya klubunun heyətində 225 oyun keçirib, 59 qol vurub və 64 məhsuldar ötürmə edib.
Mənbə: TASS