İspaniya La Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Barselona” “Valyadolid”ə qonaq olub.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionluğu daha əvvəldən təmin etmiş “Barselona” 85 xalda qalıb. Autsayderlər zonasında olan “Valyadolid” isə 38 xalla 17-ci pilləyə yüksəlib.
Bu nəticələrdən sonra “Real Sosyedad” 68 xalla 4-cü, “Jirona” 49 xalla 8-ci, “Selta” 40 xalla 14-cü, “Almeriya” isə 39 xalla 15-ci pillədə qərarlaşıb.