İspaniya La Liqasında XXVII turun daha bir oyunu keçirilib.
“Atletiko” öz meydanında “Betis”lə üz-üzə gəlib. Matç Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 86-cı dəqiqədə Anxel Korrea vurub. Xallarını 54-ə çatdıran “Atletiko” 3-cü pillədə möhkəmlənib. “Betis” 45 xalla 5-cidir.