Madrid “Real”ının prezidenti Florentino Peres “Nyu York Taymz” nəşrinə açıqlamasında Avropa Super Liqası keçirmək versiyasını təklif edib.
Peresin fikrincə, Super Liqa Avropanın beş çempionatından çıxan 20 klubun təmsil olunduğu iki diviziondan ibarət olacaq.
O, beş çempionat dedikdə İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarını nəzərdə tutur. Həmin komandalar öz ölkələrinin çempionatlarında iştirak etməyəcək. Turnirdə divizonlar arasında yüksəlmə və enmə olacaq.
Peres öz fikrini FIFA prezidenti Canni İnfantinoya və bir neçə top klubun rəhbərinə bildirib. Bildirilir ki, Super Liqada iştirak klubların gəlirini ikiqat artıracaq.