“Real Madrid”in prezidenti Flornetino Peres PSJ-nin hücumçusu Kilian Mbappenin kluba transferini tələb edən fanatların çağırışlarına cavab verib.
Azarkeşlər tribunalardan “Florentino, Mbappeni al”, - deyə hayqırıblar. O isə buna cavab olaraq baş barmağını yuxarı qaldırıb.
Sosial şəbəkələrdə yayılan müvafiq görüntülər çərşənbə axşamı Çempionlar Liqasının 1/8 finalında qeydə alınıb. Parisdə baş tutan qarşılaşmada kral klubu PSJ-yə minimal hesabla məğlub olub. Qələbə qolunu əlavə olunmuş sonuncu dəqiqədə məhz Mbappe vurub.
🐢 “FLORENTINO, FICHA A MBAPPÉ”.
— El Chiringuito TV (@elchiringuitotv) February 16, 2022
👀 SU REACCIÓN: "👍".
La imagen, YA en #JUGONES. pic.twitter.com/xR3BMZX5H6
Mənbə: Sports.ru