Madridin “Real” klubunun stadionunda yanğın baş verib.
Bu barədə “El-Mundo” məlumat yayıb.
Məlumata əsasən, hadisə “Santyaqo Bernabeu” stadionunun qüllələrindən birində qeydə alınıb. İnsident hazırda təmir işlərinin aparıldığı idman arenasında izolasiya örtüyünün vurulması zamanı yaşanıb.
Yanğın təmir işlərinə cəlb olunmuş işçilər tərəfindən operativ şəkildə söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
🚨🚨| Bernabeu is on fire. #rmalive
— Madrid Zone (@theMadridZone) May 26, 2021
pic.twitter.com/2sm3nDg1XP