Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
UEFA-nın rəsmi saytında keçirilən səsvermədə “Real”ın (Madrid) futbolçusu Federiko Valverde hamını qabaqlayıb. Uruqvaylı yarımmüdafiəçi Rafael Leau (“Milan”), Kevin De Bruyne (“Mançester Siti”) və Lautaro Martineslə (“İnter”) mübarizədən qalib ayrılıb.
Valverde Madrid klubunun “Çelsi”yə qarşı 1/4 final mərhələsinin cavab matçında 90 dəqiqə meydanda olub və bir qolun ötürməsi edib. Sözügedən qarşılaşmada “Real” 2:0 hesablı səfər qələbəsinə sevinib.
Rəylər