Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu çıxış etdiyi 23 mövsümün hər birində qol vurmağı bacaran yeganə futbolçu olub.
Oxu.Az xəbər verir ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal görüşündə "Ət-Taavun"a qol vuraraq bu rekorda imza atıb.
Belə ki, Kriştianu Ronaldu futbol tarixində çıxış etdiyi 23 mövsümün hər birində fərqlənən yeganə futbolçu olub.
Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl beş Avropa çempionatında iştirak edən ilk və yeganə futbolçu olmaqla yanaşı, həm də çıxış etdiyi bütün qitə birinciliklərində qol vuran və turnirdə ən çox qol vuran oyunçu kimi də adını futbol tarixinə yazdırıb.
Rəylər