Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Polşanın "Radomyak" klubuna keçidinin səbəbi müəyyənləşib.
Oxu.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı forvard bu addımı yenidən özünə doğma olan ölkəyə qayıtmaq üçün atıb.
Bildirilib ki, "Leypziq" və "Ayntraxt"ın akademiyalarında futbolun sirlərini öyrənən Dadaşovun "Ankaragücü"dən ayrıldıqdan sonra başqa təklifləri də olub. Lakin onun Polşa seçimi Almaniyaya qayıtmaq arzusundan irəli gəlir.
Almaniya klubları Polşa çempionatının ən yaxşı futbolçularını cəlb etdikləri üçün Renat Dadaşov da "Radomyak"da özünü göstərmək üçün keçid təklifini qəbul edib.
Qeyd edək ki, Renat Dadaşov "Radomyak"la bir il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.