“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dakı sabiq komanda yoldaşı Abdellah Zubirin onu bürünc medal qazanması münasibətilə təbrikinə maraqlı cavab verib.
Oxu.Az xəbər verir ki, Mərakeş əsilli fransalı cinah hücumçusu Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib.
O, “Instagram”da: “Sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm”, - deyə gənc çalışdırıcıya mesaj yazıb.
Rəşad Sadıqov isə Abdellah Zubirin təbrikinə: “Təşəkkür edirəm, qardaş. İnşallah, ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyunundan sonra da yenidən təbrik edərsən”, – deyə cavab verib.
View this post on InstagramQeyd edək ki, mayın 27-də Azərbaycan Kubokunun finalında məhz “Zirə” “Qarabağ”la üz-üzə gələcək.
"Mərakeş" teqi üzrə xəbərlər
- Mərakeş tarixində İLK: Qadın hökumət başçısı təyin edildi
- DÇ-2030-un finalı dünyanın ən böyük stadionunda keçiriləcək? - Mərakeşdən iddia
- FIFA İnfantinonun imicinə milyonlar xərcləyəcək
- 70 min miqrantdan sonra yeni böhran: Mərakeş İspaniyanın şəhərlərinə iddia edir
- İspaniya polisi: Seutadakı qeyri-qanuni miqrantların bir qismi materikə keçib
Digər xəbərlər