Oxu.Az Azərbaycanın futbol üzrə yığmasının Avropa-2016-nın Malta ilə seçmə matçında Robert Prosineçkinin özünü necə apardığının əks olunduğu video-yığmanı təqdim edir.
Xorvatiya mütəxəssisi yetərincə emosional davranışı ilə yadda qalıb. O qəzəblənir, kədərlənir, sevinir və hətta matiyalı futbolçulardan birinin zədə almasına operativ reaksiya verməyi də çatdırıb, o jestlərlə qonaq komandanın həkimlərini oyunçuya köməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan yığması 2:0 hesabı ilə qalib gəlib. Bu Prosineçkinin milli yığmamızın sükanı arxasında keçirdiyi ilk rəsmi oyunu idi.
F.H.
www.oxu.az