Braziliya milli komandasının tarixində ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab olunan Roberto Karlos İngiltərədə bəyəndiyi ən yaxşı futbolçunun adını açıqlayıb.
“Con Teri böyük kapitandır. Əlbəttə, Frenk Lempard və Stiv Cerard heyrətamiz futbolçular olub, lakin Terini fərqləndirərdim”, – deyə 48 yaşlı R.Karlos vurğulayıb.
R.Karlos fikrinin davamında qeyd edib ki, ingilis futbolunu çox sevir və fərqləndirir.
“Mən buradakı atmosferi və futbolçuların səviyyəsini bəyənirəm. İngiltərə liqası dünyanın ən yaxşılarından biridir”, – sabiq futbolçu fikrini tamamlayıb.
Mənbə: “Sportbible”