İtaliya paytaxtı Roma 2024-ci ilin Olimpiya Oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəsizlik olardı.
Olimpiya komitəsi son ana qədər “Beş Ulduz” hərəkatından ötən iyunda mer seçilmiş Virginia Ragginin öz fikrindən dönəcəyinə ümid bəsləyirdi.
Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi.
Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü. Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina edib.
Lakin Paris, Los-Anceles və Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar. Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.
A.M.