İtaliya A Seriyasının XXI turunda "Roma" və "Yuventus" komandaları arasındakı görüş məhsuldar və dramatik alınıb.
Paytaxtın "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 4:3.
Oyunun 81-ci dəqiqəsində De Sciglio əllə oynayaraq, qırmızı vərəqə alıb və penaltiyə səbəbkar olub. Lakin Pelleqrininin zərbəsini qapıçı Voytsex Şensnı qaytarmağı bacarıb.
"Roma" - Yuventus" 3:4
Qollar: Abraham, 11. Mxitaryan, 48. Pelleqrini, 53. - Dibala, 18. Lokatelli, 70. Kulusevski, 72. Sciglio, 77.
"Yuventus" bu qələbə sayəsində xalını 38-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. "Roma" isə 32 xalla 8-cidir.