Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo öz İnstagram səhibəsində Madriddə yerləşən yeni Pestana CR7 mehmanxanasının şəklini paylaşıb.
“Rbc” xəbər verir ki, bu futbolçunun sayca üçüncü mehmanxanası olacaq.
İlk mehmanxanasını idmançı doğulduğu Portuqaliyanın Madeyra adasında açıb.
İkinci mehmanxana isə Vətəninin paytaxtı Lissabon şəhərində yerləşir.
Madriddə açılacaq mehmanxananın adı isə Gran Via olacaq.