Portuqaliya millisinin və “Real2ın ulduz futbolçusu Kriştiano Ronaldo Rusiyanın paytaxtı Moskvada heykəli ucaldılıb.
Oxu.Az xəbər verir ki, Ledovaya Moskva festivalı üçün “Park Pobeda”da buzdan 40 heykəl hazırlanıb. Bu heykəllər builki Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarına aiddir.

Bunların arasında Ronaldonun da heykəli var. Lakin bu heykəlin ucaldılması ilə sosial şəbəkələrdə Portuqaliyanın Madeyra hava limanında Emanuel Sentus tərəfindən hazırlanmış Ronaldonun büstü xatırladılıb.
Xatırladaq ki, ötən ilin martında bu hava limanına Kriştiano Ronaldonun adı verilmiş və onun gülüş doğuran büstü ucaldılmışdı. Lakin gülüşlə qarşılandığından, noyabrda bu büst daha ciddi görkəmdə olan digəri ilə əvəzlənmişdi.

Qeyd edək ki, festival yanvarın 8-dək davam edəcək. “The Moscow Times” nəşrinin xəbərinə görə, dünya kubokunun heykəlləri də hazırlanacaq və bunda Baykal gölündən, eləcə də Yekaterinburq və Arxangelsk yaxınlığındakı göllərdən yığılmış 2 min ton buzdan istifadə olunacaq.
Səbuhi TOFİQOĞLU
www.oxu.az