Ulduz futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcinya Rodriqes futbolçunun 37 yaşının tamam olması münasibətilə ona bahalı avtomobil hədiyyə edib.
Belə ki, 28 yaşlı Rodriqes “Mançester Yunayted”in hücumçusuna dəyəri 200-250 min dollar dəyərində olan “Kadilyak Eskalad” avtomobili hədiyyə edib.
Xatırladaq ki, Corcinya Rodriges ötən il də sevgilisinə bahalı maşın hədiyyə etmişdi. Belə ki, bir il öncə onun seçimi “Mersedes-Benz Qelandevaqen” olmuşdu.