Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı - FOTO
Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.
Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.
Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar