Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ronaldu ilkə imza atdı
Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Polşa ilə oyununda (1:3) iştirak edən Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştianu Ronaldu milli komanda üçün rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
Oxu.Az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") "Stats Foot" məlumat yayıb.
Matçda Ronaldu 37-ci dəqiqədə qol vurub. 63-cü dəqiqədə isə əvəzlənib.
Qeyd edək ki, Kriş 2003-cü ildən Portuqaliya millisində oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 132 qol vurub, 45 məhsuldar ötürmə edib.
Millətlər Liqasının qrup mərhələsinin üç turundan sonra Portuqaliya doqquz xal toplayıb və A Liqasının ilk kvartetində birinci yerdədir.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldu və Lionel Messi bərbad göstəriciyə imza atıblar
- Ronaldu gələcəyi ilə bağlı qərar verdi
- Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir
- Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi
- Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib
Rəylər