"Səudiyyə Ərəbistanı Pro Liqası Fransa və Portuqaliya çempionatlarından daha güclüdür".
Oxu.Az xəbər verir ki, bunu "Ən-Nəsr" klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldu jurnalist Pirs Morqana müsahibəsində deyib.
"Əgər mən indi İngiltərə Premyer Liqasının top-komandasında oynasaydım, yenə də eyni sayda qol vurardım. Səudiyyə Ərəbistanı çempionatı Portuqaliya və təkcə PSJ-nin olduğu Fransa çempionatından xeyli yaxşıdır", - deyə o vurğulayıb.
Ronaldunun sözlərinə görə, "Qızıl buts" barədə söhbət gedəndə Səudiyyə Ərəbistanından vurulan qollar nəzərə alınmalıdır:
"Mənim üçün İspaniyada qol vurmaq Səudiyyə Ərəbistanında qol vurmaqdan daha asan olub".