İtaliya mətbuatı “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldunun son oyunlardakı çıxışını tənqid edib.
Bu barədə “Football Italia” yazıb.
Belə ki, Ronaldu sonuncu dəfə İtaliya çempionatında aprelin 7-də “Napoli”yə qarşı oyunda fərqlənib.
“La Gazzetta dello Sport” qeyd edir ki, bu cür qolsuzluq seriyası Ronaldu kimi ulduz üçün bütöv bir əsr kimi qəbul olunmalıdır. “Corriere dello Sport” isə yazır ki, Ronaldu yalnız “Fiorentina”nın səhv etdiyi anda fərqlənmək imkanı əldə etdiyi epizodda gözə dəyib.
Turinin “Tuttosport” nəşri isə Ronaldunun vəziyyəti barədə qısa yazıb: “Problem ondadır ki, indi o, tək oynayır”.