“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu “Liverpul” azarkeşlərinə təşəkkür edib.
Bu barədə futbolçu “Instagram” hesabında yazıb.
“Bir dünya, bir idman, bir qlobal ailə… Təşəkkürlər “Enfild”. Mən və ailəm bu hörmət və mərhəmət anını heç vaxt unutmayacağıq”, - futbolçu bildirib.
Qeyd edək ki, 37 yaşlı hücumçunun yeni doğulan oğlu vəfat edib. “Liverpul” və “Mançester Yunayted” komandaları arasında keçirilən görüşdə azarkeşlər və futbolçular matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldunun özü görüşdə iştirak etməyib.
View this post on Instagram
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- Corcina Rodriqes Portuqaliya millisinin baş məşqçisini tənqid etdiyi paylaşımını sildi
- İdmandan kənar: Eqonun yaraşdığı tək adam
- İdmandan kənar: Futbolun ilk rok ulduzu özünü necə məhv etdi?
- Britaniyalı nazir "Mançester Yunayted"i təhqir etdi
- "Mançester Yunayted" tənqidlərin hədəfindəki futbolçu üçün hərəkətə keçir - FOTO
Digər xəbərlər