“Karyeram boyu həmişə etdiyim kimi, həmkarlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yaşamağa və oynamağa çalışıram. Bu dəyişməyib. Mən də dəyişməmişəm”
Bunu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu özünün “Instagram” səhifəsində yazıb.
“Mən son 20 ildə elit futbol oynadığım eyni insanam, eyni peşəkaram və hörmət qərar vermə prosesimdə həmişə çox mühüm rol oynayıb. Mən çox gənc yaşlarından karyerama başlamışam, yaşlı və təcrübəli oyunçuların nümunələri mənim üçün həmişə çox vacib olub. Ona görə də sonradan mən həmişə təmsil etdiyim bütün komandalarda yetişən gənclərə nümunə göstərməyə çalışmışam. Təəssüf ki, bu həmişə mümkün olmur və bəzən isti başla verdiyimiz qərarlar bizi üstələyir”, - deyə ulduz futbolçu son hərəkətlərini izah edib.
O, bildirib ki, hazırda çox çalışmalı, komanda yoldaşlarını dəstəkləməli və istənilən oyunda hər şeyə hazır olmalı olduğunu hiss edir.
“Təzyiqlərə boyun əymək düzgün seçim deyil. Bu, heç vaxt olmayıb. Bu, “Mançester Yunayted”dir və biz birləşməliyik. Tezliklə yenidən bir yerdə olacağıq”, - futbolçu qeyd edib.
Посмотреть эту публикацию в Instagram
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- Bu gecə "Qızıl top"un sahibi bəlli olur: Messi var, Ronaldu yox
- "Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu - Video
- Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- "Mançester Yunayted"də baş məşqçi postuna yeni namizədlər var
- Çempionlar Liqasında sensasiya: "Komo" "Mançester Yunayted"i darmadağın etdi - Video
Digər xəbərlər