Portuqaliya milli komandası ulduz hücumçu Kriştianu Ronaldu ətrafında cərəyan edən qalmaqalın ardınca "Instagram" sosial şəbəkəsində ağır itki ilə üzləşərək 1.5 milyona yaxın izləyicisindən məhrum olub.
Oxu.Az "Record" nəşrinə istinadən xəbər verir ki, azarkeşlər millinin paylaşımlarına rəylər yazaraq, portuqaliyalı forvardla bağlı insidentə etiraz əlaməti olaraq səhifəni izləmədən çıxacaqlarını vəd ediblər.
Məlumata görə, bu geriləmə tendensiyası əslində Kriştianu Ronaldunun gedişi səbəbindən Portuqaliya millisini dəstəkləməyi və izləməyi dayandıracaqlarına zəmanət verən minlərlə istifadəçinin yazdığı rəylərdə əvvəlcədən proqnozlaşdırılmışdı.
Xatırladaq ki, sentyabrın 30-da baş məşqçinin mətbuat konfransı və ölkənin Futbol Federasiyasının prezidenti ilə aparılan söhbətdən sonra Ronaldu Portuqaliya yığmasının düşərgəsini tərk edib.