“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu İtaliya Çempionatının son qarşılaşmasında vurduğu qolu şərh edib.
“Sky Sport İtalia” məlumat verir ki, Ronaldunun “Sampodria” klubu ilə qarşılaşmada vurduğu qələbə qolu azarkeşlər və futbol mütəxəssisləri tərəfindən maraqla qarşılanıb.
Portuqaliyalı hava topuna çıxarkən 71 santimetr hündürlüyə tullanıb, başı ilə qol vuran zaman yerdən 258 santimetr yüksəklikdə olub.
“Qol gözəl alındı, sevinirəm ki, üç xal qazanmaq üçün klubuma kömək edə bildim. Mən 71 santimetrə tullandım? Bunu bilmirdim”, - Kriştianu Ronaldu vurduğu qol barədə açıqlama verərkən deyib.