İngiltərə Premyer Liqasında 14-cü tur davam edir.
Liderlər qrupuna düşmək uğrunda mübarizə aparan “Mançester Yunayted” doğma meydanda “Vest Hem”i qəbul edib.
“Qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldu ikinci oyun ardıcıl olaraq komandanın start heyətində yer alıb.
Forvard şəxsən fərqlənə bilməsə də, komandası meydanı üzüağ tərk edib - 1:0.