Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Ən-Nəsr” səfərdə “Əl-Vahda” ilə qarşılaşıb.
Qonaq komanda hücumçusu Kriştianu Ronaldunun sayəsində ev sahibi klubu darmadağın edib.
Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı portuqaliyalı matçda 4 qol (21, 40, 51 penaltidən, 61-ci dəqiqələrdə) vuraraq komandasına 3 xalı qazandırıb - 4:0. Bu qələbə sayəsində “Ən-Nəsr” turnir cədvəlində liderliyə yüksəlib.
Qeyd edək ki, sonuncu dəfə Ronaldu 2019-cu ildə Litva millisinə qarşı oyunda 4 qol vurub.
Ronaldunun pokeri “Ən-Nəsr”i liderliyə yüksəltdi - VİDEO