Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə üçün bəs etmədi
Səudiyyə Ərəbistanı Pro Liqasının ilk turunda Kriştianu Ronaldunun vurduğu qola baxmayaraq, "Ən-Nəsr" "Ər-Raed"ə qalib gələ bilməyib (1:1).
Oxu.Az-ın məlumatına görə, görüş Ər-Riyaddakı "Əl-Əvvəl Park" stadionunda baş tutub.
34-cü dəqiqədə Sadio Manenin ötürməsi ilə qarşılaşmada hesabı portuqaliyalı Kriştianu Ronaldu açıb. 49-cu dəqiqədə yarımmüdafiəçi Mohammed Fouzair penaltini qola çevirərək hesabı bərabərləşdirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən cəmi 48 matçda 39 yaşlı portuqaliyalı 51 dəfə fərqlənə bilib. O, daha bir dəfə fərqlənsə, 900-cü qoluna çatacaq.
"Ən-Nəsr FK" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Kriştianu Ronaldudan uğursuz 76 dəqiqə
Ən çox oxunanlar