Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ronaldunun qolu "Ən-Nəsr"i finala çıxardı: "Ət-Taavun" üzərində qələbə
Səudiyyə Ərəbistanı Superkubokunun ikinci yarımfinalında "Ən-Nəsr" "Ət-Taavun"un qonağı olub.
Oxu.Az xəbər verir ki, oyunda ilk qol artıq 8-ci dəqiqədə vurulub. Yəhya qonaqları önə keçirib.
"Ən-Nəsr"nin portuqaliyalı ulduzu Kriştianu Ronaldo 57-ci dəqiqədə fərqlənərək hesabı artırıb və komandasının finala çıxışını rəsmiləşdirib - 0:2.
90+1-ci dəqiqədə Ronaldonun komandası azlıqda qalsa da, bu qarşılaşmanın yekun nəticəsinə təsir etməyib.
Xatırladaq ki, dünən keçirilən ilk yarımfinal görüşündə "Əl-Hilal" penaltilər seriyası ilə "Əl-Əhli"ni məğlub edərək (1:1; pen. 4:1) həlledici matçda oynamaq hüququ qazanıb.
"Ən-Nəsr FK" teqi üzrə xəbərlər
- "Aston Villa" Unay Emerinin "Ən-Nəsr"ə keçidinə razılıq verməyəcək
- Kriştianu Ronaldu Lionel Messi ilə arasındakı qol fərqini artırdı
- Ronaldudan gözlənilməz addım - Hansı klubu seçdiyi bəlli oldu
- "Ən-Nəsr" Kriştianu Ronaldunun ayrılıq məsələsinə reaksiya verdi
- Ronaldu Klublararası Dünya Çempionatında iştirak edə bilər