Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronalduya qarşı cinsi zorakılıq faktı ilə bağlı yeni iddia qaldırılıb.
Məlumata görə, amerikalı model Ketrin Mayorqinin vəkilləri ABŞ Apellyasiya Məhkəməsindən 2018-ci ildə qaldırılan iddianın təzələnməsini istəyiblər. 2022-ci ilin iyununda qadının vəkili Lesli Mark Stovall proses zamanı oğurlanmış məxfi sənədlərdən istifadə etdiyi üçün iddia rədd edilib.
2018-ci ildə Mayorqi futbolçunun 9 il öncə (2009-cu ildə) Las-Veqasda ona təcavüz etdiyini deyib. Hadisədən sonra Ronaldunun xanıma susması üçün 375 min dollar ödədiyi iddia edilir. İdmançı özü aralarında yaxınlıq olduğunu etiraf etsə də, zorlama faktını təkzib edib.
Mənbə: snob.ru
Rəylər