Krımda səfərdə olan amerikalı boksçu Roy Cons Kliçko qardaşlarına meydan oxuyub.
Oxu.Az BoxingScene-ə istinadən xəbər verir ki, 46 yaşlı boksçu Kliçko qardaşlarından biri ilə çempion döyüşü keçirməyi təklif edib. Roy Cons bunun qardaşlardan hansı olacağını fərq etmədiyini bildirib.
Amerikalı idmançı bu addımını onun Ukraynanaya girişinin qadağa edilməsi ilə əlaqələndirib.
“Əgər Kliçko qardaşları 12 raundluq döyüşdə dünya çempionu titulunu müəyyənləşdirmək istəsələr, mənim harada olduğumu bilirlər. Biz Ukraynadan başqa dünya istənilən yerində görüşə bilərik. Əks təqdirdə, mənim adımın qara siyahıya salınması - Şərq və Qərb arasında əlaqələrin bərpa edilməsində gördüyüm işlərin siyasiləşdirilməsindən başqa bir şey deyil”, - Roy Cons deyib.