Ötən gün Pirşağıda çimərlik voleybolu üzrə Baku Masters turnirinin ikinci gününün oyunları keçirilib.
Oxu.Az-ın Sportbox.az-a istinadən məlumatına görə, qadın idmançılardan Azərbaycan dueti - Yuliya Kərimova və Rekel Ferreyra “A” qrupunda alman və rus duetlərinə məğlub olub.
Azərbaycanın digər komandası, Vivian Daniel-Zinaida Lyubimova “D” qrupunda avstriyalı idmançılara uduzsa da, isveçli voleybolçulara qalib gəlib.
Bu gün qrup mərhələsi başa çatacaq.
4 qrupun qalibləri birbaşa 1/4 finala çıxacaq. 2-ci və 3-cü yerləri tutan cütlüklər isə play-off mərhələsinin ilk raundunda oynayacaq.