Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya klubunun futbolçusu mübahisə zamanı komanda yoldaşının çənəsini sındırıb
Rusiyanın "Sibir Novosibirsk" klubunun kapitanı Sergey Narılkov məşq zamanı komanda yoldaşı Konstantin Popovun çənəsini sındırıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə futbolçular arasında mübahisə zamanı baş verib.
37 yaşlı futbolçu özündən 15 yaş kiçik olan Popovun çənəsini sındırıb. Gənc oyunçu hadisədən sonra əməliyyat olunub.
Qeyd edək ki, "Sibir" hazırda II Liqanın A Divizionunda 10 komanda arasında 9-cu yerdədir.
Ən çox oxunanlar
Rəylər