UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sabah" - TNS qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu avrokubok mövsümünə qələbə ilə başlayıb - 2:0.
Qolları 66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris vurublar.
Komandalar arasında ikinci görüş iyulun 14-də Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək.
Daha çox foto burada: PhotoStock.az
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, çempionumuz hesab arasındakı fərqi artırıb - 2:0.
İkinci qolu 84-cü dəqiqədə Kahim Parris vurub.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, matçda ilk qolu Masazır təmsilçisi vurub.
Velko Simiç 66-cı dəqiqədə fərqlənib.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" - TNS qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüşü polşalı hakim Patrik Qrıkiyeviç idarə edir.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələn "Sabah" və Uelsin TNS komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas
TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenhem, 10. Deniel Redmond, 14. Cordan Uilyams, 15. Eoin Farrell, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 19. Ben Klark, 20. Ris Hyuz, 21. Leo Smit
Baş məşqçi: Kreyq Harrison
Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu Uelsin TNS komandası ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, Masazırda yerləşən "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Cavab oyunu isə iyulun 14-də Osvestri şəhərindəki "Park Hall" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu, "Sabah"ın tarixində UEFA Çempionlar Liqasında keçirəcəyi ilk oyun olacaq.